Aprel döyüşləri - böyük qələbəyə gedən yolun başlanğıcı

2019/04/9a372-1555591399.jpg
Oxunub: 885     16:42     18 Aprel 2019    
Bu günlərdə C.Naxçıvanski adına Hərbi Liseydə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar "Aprel döyüşləri - Xalqımızın Qəhrəmanlıq Salnaməsidir" adlı tədbir keçirildi. Tədbirdə ümummili lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. İştirakçılar hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himnini oxudular.

Aprel döyüşləri mövzusunda çıxış etmək üçün söz C.Naxçıvanski adına Hərbi Liseyin zabiti Natiq Rəhimova verildi. O dedi:

- Hörmətli tədbir iştirakçıları. Dünyada hər bir xalq daim öz qəhrəmanları və qəhrəmanlıqları ilə öyünüblər. Tarix boyu döyüşkən ruha malik olan Azərbaycan xalqı da öz qəhrəmanlıq səhifələri ilə öyünməyə layiq olan belə xalqlardandır. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan Aprel döyüşləri də xalqımızın tarixinə böyük hərflərlə yazılıb. Xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşləri həmişə iftixarla xatırlanır, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilir. Həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələrindən azad olundu. Aprel döyüşlərində C.Naxçıvanski adına Hərbi Liseyin məzunları da böyük hünər və rəşadət göstərdilər. İki məzunumuz Murad Mirzəyev və Şükür Həmidov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldülər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu günlərdə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N" hərbi hissəsində olarkən, Aprel döyüşlərinin uğurlarından da ətraflı söz açıb.

Prezident hərbçilərlə görüşü zamanı deyib: "Aprel döyüşləri bizim tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal etmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstəriblər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi... Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi".

Azərbaycan Ordusunun uğuru ilə başa çatan Aprel döyüşlərinin çox böyük tarixi əhəmiyyəti var. Xalq bir daha gördü ki, ordu ərazi bütövlüyümüzün ən etibarlı təminatçısıdır. Aprel döyüşləri böyük qələbəyə gedən yolun başlanğıcıdır.

Tədbirdə Aprel döyüşlərini özündə əks etdirən videoçarx nümayiş etdirildi. C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, Aprel döyüşlərinin iştirakçısı Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyat və döyüş yollarına həsr olunmuş, müəllifi bədii-qiraət natiqlər dərnəyinin rəhbəri Naibə Şəmşiyeva olan "Zirvəyə yüksələn ömür" adlı pyes iştirakçılar tərəfindən maraqla qarşılandı.

Tədbir kursantların Aprel döyüşlərinin iştirakçısı olmuş qəhrəmanların adından andiçmə törəni ilə başa çatdı. Andın mətnində deyilirdi: "Qəhrəmanların adından söz verirəm ki, üstündə doğulduğum, havasını udduğum, çörəyini yediyim Vətənimin hər qarışını canım kimi, göz bəbəyim kimi qoruyacağıma, Azərbaycanın adını daim yüksəldəcəyimə, babalarımın müstəqillik arzularını həyata keçirəcəyimə and içirəm... Şərəf andı içirəm, Naxçıvanskilər andı içirəm..."

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Aprel döyüşləri - böyük qələbəyə gedən yolun başlanğıcı

2019/04/9a372-1555591399.jpg
Oxunub: 886     16:42     18 Aprel 2019    