Ordu.az erməni KiV-lərinə istinadən xəbər verir ki, bir sözlə Ermənistanda hökumətin yeni strukturu müzakirə edilsə də, bu hal daha çox hakimiyyət və müxalifətin keçmişinin bəyanatına bənzəyir.
Belə ki, müxalifət, keçmişdə edilən bəyanatlara zidd qanun layihəsi ilə bağlı iqtidarı ittiham edirdi. İqtidar da keçmişdə yol verilən səhvlərə görə müxalifəti ittiham edir. Ancaq bu mübahisədə iqtidar, yəni Paşinyan məğlub kimi görünür. İqtidar sanki dedikləri və bəyanatlarına zidd hərəkət edir.
Söhbət superbaş nazirlik sistemindən imtina edilməsindən gedir. Müxalifətdə olarkən Nikol Paşinyan həmin dövrün iqtidarı Serj Sarkisyanı superbaş nazirlik sistemi yaratmaqda ittiham edirdi. Bu gün isə həmin dövrdən bir il vaxt keçir. Paşinyan rəhbərlik etdiyi hökumət strukturu haqqında qanun layihəsi təqdim edib. Paşinyanın təqdim etdiyi qanun layihəsi Baş nazirin səlahiyyətlərini və həmin superbaş nazirlik sistemini hər hansı şəkildə məhdudlaşdırmır.
Bir sözlə Ermənistanda müxalifətin ittihamı bu məsələdə əsaslıdır. Nikol Paşinyan hakimiyyətə gəlməklə, iqtidarın “dadını” hiss edib və öz səlahiyyətlərini hər hansı şəkildə azaltmaq istəmir. Paşinyan tənqid etdiyi və ona qarşı mübarizə apararaq hakimiyyətə gəldiyi Sarkisyan rejiminin yaratdığı sistemə uyğunlaşıb.
İndi Paşinyan dövlət rəhbəri kimi qismən obyektiv, qismən subyektiv səbəblərdən keçmişdə verdiyi bir sıra bəyanatlardan və vədlərdən geri çəkilməyə məcburdur. Lakin keçmişdəki mövqelərindən imtina etdiyinə dair əsassız faktlar gətirməyə məcbur olmaqdansa, birbaşa etiraf etməyi daha yaxşı olardı.
Alpər Mövludoğlu
Ordu.az