Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hospitalın tikilməsi barədə qərar Ermənistan Müdafiə Nazirliyinin təqdim etdiyi layihə əsasında qəbul edilib.
Məlumata görə, hospital ixtisaslaşdırılmış tibb yardımı həyata keçirməli, xüsusi diaqnostika və müalicə metodları təqdim etməli, tibbi texnologiyalara əsaslanan xidmət göstərməlidir.
Hospitalda tibbi tədbirlər kompleksinin tətbiqi, diaqnoz, müalicə, təcili tibbi yardım, eləcə də hərbi tibbi yardım şöbələrinin yaradılması planlaşdırılır.
Alpər Mövludoğlu
Ordu.az