Ordu.az Shamshyan.com saytına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan hərbçinin hazırda əməliyyat edildiyini bildirib.
Xatırladaq ki, həmin şəxs hərbi geyimli olub və təxminən 23-25 yaşda olub. O, Kanaker hərbi hissəsi yaxınlığındakı ərazidən xəstəxanaya yerləşdirilib. Yaralanmış şəxs müqaviləli hərbi qulluqçu, Kotayk vilayətinin sakini S.Narekdir. Həmin şəxsin hərbi geyiminin cib hissəsindən bir qeyd tapılıb.
Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Naira Harutyunyanın sözlərinə görə, artıq 1995-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçunun güllələnməsi barədə araşdırma başladılıb.
Alpər Mövludoğlu
Ordu.az