Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 19-da Gümrüdə ölən Culiyetta Quqasyanın hüquqi varisləri, Şirak vilayət istintaq komitəsinin müstəntiqi Samvelyanın və Şirak vilayət prokuroru Mirzoyanın qərarlarından Şirak vilayət məhkəməsinə şikayət edilib.
Həmin qərara əsasən adları qeyd edilən vəzifə sahibləri Culiyetta Quqasyanın ölümündə ittiham edilən rus hərbi qulluqçunun 102-ci rus hərbi bazası ərazisindən Ermənistanın cəzaçəkmə müəssisələrindən birinə köçürülməsi barədə tələbi rədd ediblər.
15 mart 2015-ci ildə məhkəmə bu şikayəti rədd etsə də, bir ay keçməsinə baxmayaraq qərar şikayətçi tərəfə təqdim edilməyib. Məhkəmə qərarını almadan Culiyetta Quqasyanın hüquqi varisinin nümayəndələri faktiki olaraq zərərçəkənin hüquqi varisinin pozulan hüquqlarını məhkəmə müdafiəsi hüquqları vasitəsilə bərpası imkanından mərhum ediliblər.
Alpər Mövludoğlu
Ordu.az