Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, az öncə İrəvanda sinəsinin sol hissəsindən güllə yarası almış bir gənc İrəvanın Mikayelyan cərrahi xəstəxanasına yerləşdirilib.
Məlumata görə, qeyd edilən gənc hərbi formada olub və təxminən 23-25 yaş arasındadır. O, xəstəxanaya Kanaker hərbi hissəsinin qonşuluğundakı ərazidən yerləşdirilib və hazırda əməliyyat otağında olduğu bildirilir.
Qeyd edək ki, yaralanmış şəxs Kotayk vilayətinin sakini 24 yaşlı A.Narekdir. O, müqaviləli hərbi qulluqçudur və onun hərbi formasının cibindən bir qeyd tapılıb.
Alpər Mövludoğlu
Ordu.az