Xəbər verdiyimiz kimi, "Çiçəklənən Ermənistan" partiyası erməni parlamentində ön xəttə göndərilən əsgərlərin hazırlıq müddətinin 6 aydan 13 ayadək artırılmasını təklif edib.
Deputat Mikael Melkonyan, onların irəli sürdüyü təklifin təcrübəsiz əsgərlərin ön xətdə qulluq etməməsi, ikinci, üçüncü eşelonda, daha sonra ön xətdə xidmət etməsindən ibarət fraksiyanı təmsil edən bəzi deputatlar isə itkilər haqqında statistikanı diqqətə çatdırıblar. Onlar hesab edir ki, təcrübəsiz əsgərlər olduğu halda bu itkilərin sayını azaltmaq mümkündür.
Ermənistan parlamenti bu təşəbbüsü dəstəkləməyib. Parlament sədri Ararat Mirzoyan qeyd edib ki, hökumət hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür. O qeyd edib ki, ön xətdə peşəkarların xidmət aparması nəzərdə tutulur.
Komissiyanın fikri Ermənistan Müdafiə Nazirliyinin mövqeyi ilə üst-üstə düşür. Davit Tonoyan hazırlıq müddətinin uzadılmasının hərbi xidmətə və döyüş növbətçiliyinin aparılmasına mənfi təsir edəcəyini əsas gətirərək, buna ehtiyac olmadığını qeyd edib.
Ermənistan Müdafiə Nazirliyinin bu mövqeyini mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan da təsdiq edib.
Bununla yanaşı ön xəttə kimin göndərilib-göndərilməməsi barədə qərar verilməsinin bir o qədər də asan olmadığı qeyd edilir.
Erməni hərbi ekspert Hayk Nahapetyan məsələyə bir az aydınlıq gətirməyə çalışıb.
"Döyüş növbətçiliyi həyata keçirən hərbi hissədə 6 aylıq hazırlıq prosesindən sonra qulluğunu davam etdirən əsgərlərin döyüş növbətçiliyinə buraxılmasına hərbi hissə komandiri qərar verir.
Mülki şəxslər tərəfindən səsləndirilən bu cür təkliflər, Ermənistan ordusunda həddindən artıq vacib olan fəaliyyətin təşkilinin səhv qurulduğuna işarə edir", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az