Paşinyanın müavini hansı əsasla hərbi xidmətdən azad edilib?

2019/04/48ebf-1555500867.jpg
Oxunub: 614     17:21     17 Aprel 2019    
Son vaxtlarda Ermənistan Baş naziri Nikol Paşinyanın müavinlərdən olan Tiqran Avinyanın məcburi hərbi xidmətdən azad edilməsi məsələsi bir neçə dəfə mətbuatda müzakirə olunub.

Ordu.az Politik.am saytına istinadən xəbər verir ki, Tiqran Avinyanın ofisinə göndərilən sorğuya cavab verilib.

Bildirilir ki, bəzi dairələr üçün Paşinyanın müavininin hansı yolla məcburi hərbi xidmətdən azad edildiyi şübhə yaradıb və sayt məhz bu məsələni aydınlaşdırmaq üçün ona sorğu göndərib.

Yazılı məlumata əsasən, Tiqran Avinyan 2009-cu ildə təhsil məqsədilə möhlət hüququ əldə edib. Daha sonra hərbi xidmət haqqında qanunun 12-ci “A” bəndinə əsasən (Respublika çağırış komissiyası tərəfindən səhhətinə görə hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilən vətəndaş) hərbi xidmətdən azad olunub.

Yəni rəsmi cavaba əsasən Paşinyanın müavini Tiqran Avinyan hərbi xidmətdən səhhətindəki problemlərə görə azad edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Hərbi-xidmət   Fərarilik  

Paşinyanın müavini hansı əsasla hərbi xidmətdən azad edilib?

2019/04/48ebf-1555500867.jpg
Oxunub: 615     17:21     17 Aprel 2019    