Ordu.az “Hrapark”a istinadən xəbər verir ki, qanun layihəsi 1 il təcrübəsi olan müddətli hərbi qulluqçuların döyüş növbətçiliyinə cəlb olunmasını nəzərdə tutur.
Sasun Mikayelyan Mikayel Melkumyanın hərbçilərin ön xəttə getməmişdən əvvəl 2-ci xətdə xidmət keçməsi ilə bağlı fikrinə qarşı çıxaraq deyib: “Bu ciddi məsələdir və müzakirə olunmalıdır, lakin bu qaydada yox. 12 ay hərbçinin hazırlanmasına gəlsək, əvvəlcə bizim üçüncü, dördüncü xəttimiz, eləcə də xüsusi qeyd xəttimiz yoxdur ki, hərbçilər orada xidmət keçsinlər. Ümumiyyətlə əsgərlərimiz, açıq şəkildə demək istəmirəm, birinci xətti çətinliklə qoruyurlar və demək olar ki, bu kifayət etmir”.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyana deputatın məlumatının açıq şəkildə dərc olunub-olunmaması ilə bağlı sorğu ünvanlanıb.
“Bu mövzu ətrafında danışmaq xoş deyil və çox təəssüflənirəm ki, o belə danışıb, ancaq mən buna şərh verməkdən kənaram”,- deyə "Hraparak"ın sualına cavab verərkən Hovhannisyan bildirib.
Həmçinin Hovhannisyan Müdafiə Nazirliyinin bu barədə bəyanatla çıxış etməsinin mümkünlüyünü istisna etməyib.
Alpər Mövludoğlu
Ordu.az