Tonoyan “Günnüt-2”ni arzulayır: “Onu bu “həzz”dən məhrum etməməliyik” (EKSPERT)

2019/04/vlqIe-1555482411.jpg
Oxunub: 2943     10:27     17 Aprel 2019    
Aprelin 13-də Ermənistanın Müdafiə naziri David Tonoyan işgüzar səfərlə Ermənistanın şimal-şərq hissəsindəki hərbi hissələrdə olub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Tonoyan Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazisinə daxil olan Başkənd qəsəbəsinin əks tərəfində olan mövqelərindən ərazilərimizi müşahidə edib.

Səfər çərçivəsində Tonoyana sərhəd zonasındakı əməliyyat şəraiti, görülən mühəndis istehkam işləri barədə məlumat verilib.

Sosial şəbəkələrdə yayılan fotolardan məlum olur ki, bu ərazilərdə həqiqətən də yeni mühəndis istehkam işləri aparılır, döyüş mövqelərinin mühəndis təminatı möhkəmləndirilir. Bu işlərdə mühəndis texnikasının cəlb edilməsi də mümkündür.

Əsgər yataqxanasında isə şəxsi heyət çarpayının birinci mərtəbəsində yerdə düzülən 5-10 sm hündürlükdə tor, ikinci mərtəbəsində isə sərt həbsxana yataqları tipində və arakəsməsi olmayan “nara” adlandırılan konstruksiya üzərində gecələyir. Şəxsi əşyaların və gigiyena vasitələrinin saxlandığı dolablar, əl-üz və ayaq dəsmalları görünmür. Erməni komandirin əsgər yataqxanasına silah, zirehli gödəkcə və dəbilqə ilə daxil olması, Ermənistanın bütün ərazisini qorumağa məsul olan Tonoyanın əsgər yataqxanasının daxilində belə tabeliyində olan zabitlə mühafizəçinin iştirakı ilə müzakirə aparması da maraq doğurur. Yeri gəlmişkən ön xətdə duran əsgər və zabitlərin köhnə, nazirin mühafizəçisinin isə son model atıcı silahlarla və daha müasir hərbi geyimlə təmin edildiyi diqqəti cəlb edir. Burada sual yaranır: kim daha müasir silah və geyimlə təmin edilməlidir, nazirin mühafizəçisi, yoxsa ön xəttdə dayanan əsgər?

Səfər zamanı təhlükəsizlik və arxa cəbhə təminatına dair bir sıra məsələlər müzakirə edilib. Fotolara baxdıqda sanki “İrəvanda eyni geyim daşıyan generala pis gözlə baxılıdığı” təxmin edilir. Yəni fotoların heç birində eyni geyim formasında olan əsgər, zabit və generala rast gəlmək mümkün deyil.

Əsgərlərin hər birinin silahını fərqli şəkildə götürməsi, həm komandirlərin, həm də şəxsi heyətin xarici görünüşünün nizamnaməyə uyğun olmaması, intizam və hərbi təlimin aşağı səviyyəsindən xəbər verir. Qeyd olunan qaydalarının pozulması Tonoyanın hərbi sahədə səriştəsizliyinin göstəricisi də hesab edilə bilər. Onun mülki geyimində gerb gəzdirməsi isə bəzilərinin səhra geyimində QHT-lərin payladığı orden və medal gəzdirilməsinə bənzəyir.

Lakin Tonoyanın ön xəttə rəhbər heyətlə sadəcə müşahidə apamaq məqsədi ilə görüşdüyünü ehtimal etmək də sadəlövhlük olardı. Ən azından ön xətti ziyarət edərkən 1-ci eşalon hissələrinin xəritədə qəbul edilən döyüş vəzifələrinin yerinə yetirilməsi barədə qərarların ərazidə vizual olaraq dəqiqləşdirilməsi (qısaca tərcüməsi olmayan - rekoqnossirovka) həyata keçirilib. Təbii ki, belə anlayışlar Tonoyan üçün yaddır, buna görə də Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Onik Qasparyan da səfər çərçivəsində naziri müşaiyət edib. Tonoyanla münasibətləri kifayət qədər gərgin olan Baş Qərargah rəisi general-mayor Artak Davtyanın naziri müşayiət edəcəyi onsuz da istisna olunurdu. Bəlkə də Qasparyan artıq ikinci ildir ki, özünü Günnütdə biabır edən Davtyanın BQR kürsüsünü xəyal edir.

Səfər çərçivəsində Ermənistanın şimal-şərq hissəsində dislokasiya olunan hərbi hissələrdən birində Tonoyanın Ermənistan silahlı qüvvələrinin yüksək vəzifəli zabit heyəti, yerli özünüidaretmə orqanın rəhbər nümayəndələrinin iştirakı ilə müşavirə keçirməsi, komanda məntəqəsinin önündə xəritə üzərində qəbul edilən qərarı ərazidə Qasparyanın köməyi ilə dəqiqləşdirməsi, qəmgin halda Başkənd istiqamətini seyr etməsi, Qeğarkunik vilayətinin Vaan kəndində qoca eməni qadını ilə poza verməsinin əsas məqsədi birbaşa olaraq “Bu bu ərazləri unutmadıq, onlardan imtina etməyəcəyik” mesajını çatdırmaqdan ibarətdir. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu ilə yanaşı, sərhəd bölgələrində yerləşən 8 kəndini də işğal etməsinə baxmayaraq, bu gün Başkənd qəsəbəsini nəzərdən keçirməsi, İrəvandakı istənilən hakimiyyətin işğal altında olan əraziləri qaytarmaq niyyətində olmayacağının göstəricisidir.

Başkənd Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati-ərazi vahididir. Tarixən əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülüb. Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən əsassız olaraq Ermənistana verilib və 1992-ci ilin avqustuna qədər Azərbaycanın Gədəbəy rayonunun ərazisində erməni anklavı kimi qalmaqda davam edib.

Hələ Qarabağ müharibəsi başlayana qədər ermənilər Başkənd və ətrafını güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin Şınıx bölgəsini, Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdilər. Ətraf kəndlərə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar törədirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədilib. Belə ki, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbyacanlını qətlə yetirdi. Bu hadisə onsuz da getdikcə gərginləşən vəziyyəti bir az da kəskinləşdirdi.

1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonu istiqamətində Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi və ətraf əraziləri işğal etmək məqsədilə hücuma keçdi. Lakin Azərbaycan Milli Ordusunun hissələrinin, əsasən könüllü gədəbəyli və tovuzlulardan təşkil olunan döyüşçülərin 1992-ci ilin 6-8 avqust tarixlərində keçirdiyi əks hücum əməliyyatı tarixi torpaqlarımız daxilində yaradılan anklavdakı erməni birləşmələrinin darmadağın edilməsi və bütovlükdə Qərb regionunda təhlükəsizliyin təmin olunması ilə nəticələndi. 61 km² əraziyə malik Başkənd qəsəbəsi Azərbaycan Milli Ordusunun hissələrinin, xüsusən Gədəbəy və Tovuz rayonundan olan könüllülərin keçirdiyi uğurlu hücum əməliyyatı nətəcəsində işğalçılardan tam azad edildi.

Bu, Azərbaycan ordusunun o vaxt həyata keçirdiyi ən uğurlu hücum əməliyyatlarından biri kimi hərb tariximizə yazıldı. Ermənistanın Müdafiə nazirinin məhz bu bölgəyə səfər etməsi, bu məğlubiyyətin populist hakimiyyət tərəfindən hələ də həzm edilməməsini əyani olaraq nümayiş etdirmək məqsədi daşıyırdı.

Bu mesajlara və ya fəaliyyətlərə Tonoyanın daha rahat anladığı silah dilində və qətiyyətli formada, məsələn “Odundağ” və ya “Günnüt-2” formatında cavab verilməlidir. Hətta döyüş əməliyyatlarını bərpa edib əlaqə kanallarını və ya danışıqları aktiv saxlamaq da mümkündür.

Sədərək rayonunun Kərki, Qazaxın Yuxarı Əskipara, Bərxudarlı və Sofulu kəndləri Azərbaycanın Ermənistan daxilində yerləşən və işğala məruz qalan kəndləridir.

Müqayisə üçün Azərbaycanın Dağlıq Qarabağa, hətta ətraf rayonlara aidiyyəti olmayan, lakin erməni işğalına məruz qalan kəndlərinin işğal tarixlərinə nəzər yetirək:

1990-cı ilin yanvarında Sədərəyin Kərki kəndi;
1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə Qazaxın Bağanis Ayrım;
1992-ci ilin martın 8-də Xeyrimli;
1992-ci ilin aprelin 27-də Barxudarlı və Sofulu;
1992-ci ilin iyunun 8-də Yuxarı Əskipara;
1992-ci ilin iyunun 11-də Qızıl Hacılı;
1992-ci ilin iyunun 14-də Aşağı Əskipara kəndləri işğal edilib.

Başkəndin ermənilərdən azad edilməsi əməliyyatı isə 1992-ci ilin 6-8 avqust tarixlərində keçirilib. Yəni bu əməliyyat 4-ü anklavda, 4-ü isə Ermənistanla sərhəddə yerləşən kəndlərimizin işğalından sonra, həm də Ermənistan ordusunun Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistana birləşdirilməsi məqsədilə etdiyi hücuma cavab olaraq həyata keçirilib.

Düşünürəm ki, ABŞ-da yüksək tonla bəyanat verən Tonoyan Günnütdə aldığı dərsdən lazımi nəticələr çıxarmayıb. “Bu bu ərazləri unutmadıq, onlardan imtina etməyəcəyik” mesajını verən Tonoyana “Təkrar biliyin anasıdır” məsəlini yenidən, praktiki olaraq xatırlatmağa ciddi zərurət yaranıb. Gəlin Tonoyanı bu “ləzzətdən” məhrum etməyək. Zatən bu nazir cəzalanmağı bəyanatları ilə lap çoxdan haqq edib. Kiçik “profilaktik tədbirlər”in belə onun hərarətini normaya uyğun səviyyəyə salınmasında müstəsna rol oynayacağına əminəm.

Sadalanan tədbirlərin həyata keçirilməsində arqument axtaranlara isə Dağlıq Qarabağın, ətraf rayonların, sərhəd və anklav kəndlərimizin 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu təkrar xatırlatmaq istəyirəm. Bunu yetərsiz hesab edərək Ermənistanın əsgər belə tapmadığı bir dönəmdə düşmənin bizə qarşı hücuma keçəcəyini gözləyənlər yanılır. Erməni rəhbərliyi hər dəfə hədə-qorxu gələrək bəyanat versə də hücum etməyəcək. Buna onların ehtiyacı da yoxdur. Əsl hücum etməli tərəf biz olmalıyıq, çünki bizim ərazilərimiz işğal altındadır. Digər tərəfdən Ermənistanın real potensialı hücum əməlyyatına və müvafiq olaraq heç bir silah kateqoriyası üzrə hücum üçün yetərli qüvvələr nisbətini yaratmağa imkan vermir. Bu baxımdan doktrinanın dəyişməsi də rol oynaya bilməz, çünki doktrina şəxsi heyətlə komplektləşdirməni və silah sistemləri ilə təchizatı qısa müddətdə, həm də böyük sərmayə olmadan təmin edə bilməz. Hazırlıqsız hücuma keçmək isə erməni tərəfini ən yaxşı halda böyük məyusluğa, pis halda isə intihara bərabər vəziyyətə düçar edə bilər.

Aldığım təhsil və təlim, xidmət etdiyim dövrdə təyin olunduğum vəzifələr həmişə düşmənin olduğu qədər qiymətləndirilməsini tələb edib. Rəqibin kiçildilməsinin də əleyhinəyəm, çünki bu sonuncunun döyüş meydanında təklükəli sonluqla qarşılaşmasına səbəb ola bilər. Lakin əgər fotorepotaja çıxarılan erməni ordusu bu gündədirsə, görün digərləri nə vəziyətdədir. Düşünülmüş və doğru planlaşdırılan standart əməliyyat belə ciddi uğurlarımıza səbəb ola bilər.

Nümunə kimi, “Odundağ” və “Günnüt” əməliyyatlarının elementlərindən istifadə edilə bilər. Yəni itki verməklə ərazilərin azad edilməsi vacib deyil. Sərhəd və cəbhə boyu ərazilərdə zəif qorunan boşluqlar (ruhi xəstələrin keçə biləcəyi ərazidən normal əsgər asanlıqla sızıb keçər) kifayət qədərdir.

Tam 25 illik atəşkəs dövründə yalnız Azərbaycan əsgəri və silahının gücünə “Odundağ”, “Lələtəpə”, “Bayraqtəpə”, “Talış” və “Günnüt” kimi urəyimizi dağa döndərən qələbələrə imza atmışıq. Bu ənənəni düşmənin status-kvonun uzadılmasına hesabladığı heç bir danışıq və ya görüşlə pozmaq olmaz. Yəni torpaqlarımız hansı yolla işğal edilibsə, həmin yolla da azad edilməlidir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Başkənd   Azərbaycan   Tonoyan   Müharibə  

Tonoyan “Günnüt-2”ni arzulayır: “Onu bu “həzz”dən məhrum etməməliyik” (EKSPERT)

2019/04/vlqIe-1555482411.jpg
Oxunub: 2944     10:27     17 Aprel 2019    