Ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri olub - FOTOLAR

2019/04/ef985-1555481785.jpg
Oxunub: 1570     10:09     17 Aprel 2019    
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, respublikamızın şəhər və rayonlarında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) Ordu.az-a verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətlərinin, hüquq mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, veteranlar, valideynlər, məktəblilər və həqiqi hərbi xidmətə çağırış yaşlı gənclər iştirak edirlər.

Növbəti belə tədbirlər Şuşa, Cəbrayıl və Daşkəsən rayonlarından olan müddətli həqiqi hərbi xidməti başa vurmuş gənclərlə təşkil olunub.

Şuşa və Cəbrayıldan olan müddətli həqiqi hərbi xidməti başa vurmuş gənclərlə keçirilən görüşdə çıxış edən Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov və Cəbrayıl rayon icra hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev ehtiyata buraxılmış hərbi vəzifəliləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyiblər.

SHXÇDX-nin Şuşa rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Əliyev və Cəbrayıl rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin qürur hissi keçirdiyini diqqətə çatdırıblar. Qeyd ediblər ki, son illərdə qazanılan mühüm nailiyyətlər, xüsusilə 3 il öncə qazanılan Aprel zəfəri cəmiyyətdə vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olub.

Daşkəsəndə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən söz açıb, gəncləri hərbi xidmət keçmələri münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan ordusunun döyüş ruhu çox yüksəkdir.

Xidmətin rayon bölməsinin rəisi, mayor Aqşin Xancanov bildirib ki, vətənpərvər ruhda yetişən gənclərimiz həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanır və nümunəvi xidmətləri ilə fərqlənirlər. Gündən-günə inkişaf edən, möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdır.

Çıxış edən valideynlər övladlarının hərbi xidməti uğurla başa vurmaları ilə fəxr etdiklərini bildirib, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.

Digər çıxış edənlər hərbi xidmətin vətəndaşlıq borcu və şərəf olduğunu vurğulayıb, gəncləri təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Bildiriblər ki, Azərbaycan xalqı ordumuzun gücünə inanır və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əmindir.

Sonra ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Tədbirlərdə məktəblilərin və özfəaliyyət kollektivlərinin təqdim etdikləri kompozisiyalar maraqla qarşılanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SHXÇDX   Tədbir  

Ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri olub - FOTOLAR

2019/04/ef985-1555481785.jpg
Oxunub: 1571     10:09     17 Aprel 2019    