Hərbi qulluqçuların təntənəli yolasalma mərasimi keçirilib

2019/04/730a4-1555431083.jpg
Oxunub: 364     18:30     16 Aprel 2019    
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılması ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol” adlı təntənəli yolasalma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, mərasim Ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin ifası və Dövlət Bayrağının meydana gətirilməsi ilə başladı.

Sonra xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına silahların, zirehli jiletlərin və dəbilqələrin rəmzi qaydada təqdimetmə mərasimi keçirildi.

Tədbirdə hərbi hissənin komandanlığı tərəfindən ehtiyata buraxılan şəxsi heyətə təbriklər çatdırılıb, döyüş növbətçiliyini qəbul edən hərbi qulluqçulara tövsiyələr verilib və onlara gələcək xidmətlərində uğurlar, qələbə sevinci arzulanıb.

Yolasalma mərasimi xidmətdə fərqlənmiş və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçuların komandanlığın əmri ilə mükafatlandırılması və onlara qiymətli hədiyyələrin təqdim edilməsi ilə sona çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbi-Qulluqçular   Yolasalma-mərasimi  

Hərbi qulluqçuların təntənəli yolasalma mərasimi keçirilib

2019/04/730a4-1555431083.jpg
Oxunub: 367     18:30     16 Aprel 2019    