DSX-nin Qazax dəstəsində maddi-texniki təminat necə təşkil edilir? – REPORTAJ+FOTOLAR

2019/04/54523-1554894574.jpg
Oxunub: 3217     16:22     10 Aprel 2019    
Dəyərli Ordu.az izləyiciləri, bugünədək Sizi ordumuzun müxtəlif qoşun növlərində hərbçilərimizin döyüş tapşırığını qüsursuz və yüksək səviyyədə təşkil etməsi üçün yaradılan şəraitlə tanış etmişik. Budəfəki reportajımızı isə Dövlət Sərhəd Xidmətinin Qazax sərhəd dəstəsində sərhədçilərin gündəlik qida vasitələri və maddi texniki təminat vəziyyəti ilə tanış edəcəyik.

Ölkəmizdə həyata keçirilən irimiqyaslı ordu quruculuğu işləri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya ayrı-ayrılıqda bütün qoşun növlərinə diqqət və qayğısı, Dövlət Sərhəd Xidmətindən də yan keçmir. Sərhəd qoşunlarında son vaxtlar şəxsi heyətin maddi və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilir, sərhədçilərimizin keyfiyyətli əşya və ərzaqla təminatına göstərilən qayğı sayəsində bu sahələrdə mühüm nailiyyətlər əldə edilir.

Hər yerdə olduğu kimi Qazax sərhəd dəstəsində də müasir tələblərə cavab verən məişət şəraiti, hamam-camaşırxana xidməti təşkil olunub və yeni komplekslərin inşası davam etdirilir, hərbi qulluqçuların geyimlə, keyfiyyətli ərzaqla daha yüksək səviyyədə təmin edilməsi üçün yeni müvafiq qaydalar, normativlər qəbul olunub. Sərhədçilərimizin yay və qış geyim formaları, yataq dəstləri, mobil səhra camaşırxanası, hamam, ərzaq təchizatındakı yeniliklər bu gün yeni yaradılan məntəqlərdə də təhciz edilir.

Əvvəlcə onu deyək ki, hər bir məntəqənin özündə kiçik də olsa, ərzaq anbarı var. Burada meyvə-tərəvəzlər, təbii meyvə şirəsi, yağ, çay və.s saxlanılan ərzaqlar Mərkəzi Ərzaq Anbarından birbaşa komendaturalara gətirilir. Gətirilən bütün ərzaq məhsulları, laboratoriyada müayinə edilir. Bundan sonra yerlərdə hər gün istifadəyə ayrılan ərzaq dəsti də komandir heyəti tərəfindən baxışdan keçirilir. Məhsullar məntəqələrdə normaya uyğun temperaturda saxlanılır.

Meyvə-tərəvəz və açıq ərzaqların böyük hissəsi yerli şəraitdə yetişdirilir. Bişirilən bütün qidalara yüksək dərəcə vitaminlər də əlavə edilir. Bundan əlavə mövsümə uyğun olaraq, xiyar, pomidor, badımcan, bibər, kök, çuğundur, soğan, kartof və.s tərəvəzlər də sahələrdən birbaşa məntəqələrdəki soyuduculara gətirilir. Ərzaq və tərəvəzlərdən hazırlanan yeməklər sərhədçilərimizə iki cür təqdim edilir. Günorta və şam yeməyi birinci və ikinci növ, yəni sulu və quru olaraq verilir.

Yeməkdən sonra hər bir əsgərin bir ədəd meyvə payı da olur. Yeməklər isə duru bitki yağları ilə bişirilir. Yeməklərin bişirilməsi xidməti ərazidə hava şəraitinə uyğun, şəxsi heyətin təklif və istəkləri çərçivəsində həyata keçirilir.

Məsafəcə uzaqda xidmət aparan sərhədçilərə, təlim zamanı ərazidə olan şəxsi heyətə quru ərzaq payı da verilir. Daşınan ərzaq qutusunda sərhədçilərimizin səhra və dağlıq ərazidə qablaşdırılan, konservləşdirilən ərzaq dəstlərini qızdırmaq üçün yandırıcı maddələr, mal ətindən sous, qarabaşaq və düyü kimi quru yeməklər əlavə edilir. İki dəfə asma çay, qənd, 100 qram yağ, cem və sonda hərbçinin təmizliyi üçün nəm solfetlər də quru ərzaq payının içərisində yer alır.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Qazax   Maddi-texniki-təminat  

DSX-nin Qazax dəstəsində maddi-texniki təminat necə təşkil edilir? – REPORTAJ+FOTOLAR

2019/04/54523-1554894574.jpg
Oxunub: 3218     16:22     10 Aprel 2019    