Beyləqanda evdən hərbi silah-sursat götürülüb

2019/04/qax_q-1554714019.jpg
Oxunub: 17181     12:59     08 Aprel 2019    
Beyləqan rayonunda evdən hərbi silah-sursat götürülüb.

Bu Ordu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xocavənd rayon Polis şöbəsi (Beyləqan RPŞ) əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 7-də Yeni Xocavənd qəsəbə sakini A.Quliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan müvafiq sənədləri olmayan “TOZ-32”, “İJ-20” və “GOMO” markalı 3 ədəd pinevmatik tüfəng, 76 ədəd giliz, 42 ədəd patron və digər hərbi sursatlar aşkar edilərək götürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin