Baş Qərargah rəisi Kral HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib - FOTOLAR

2019/04/3654f-6218833016.jpg
Oxunub: 8838     11:23     08 Aprel 2019    
Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kral HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini ziyarət edib.

General-polkovnik N.Sadıkovla Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüş keçirilib.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Səudiyyə   HHQ  


Bizi "telegram"da izləyin