Erməni politoloqdan Paşinyana: “Hansı mənəvi ixtiyarla belə bir bəyanat verib?”

2019/04/15544-1554707965.jpg
Oxunub: 6655     11:57     08 Aprel 2019    
Erməni politoloq Narek Samsonyan açıq məktubla saxta profillərin aşkarlanmasına dəstək verməyə hazır olan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, politoloq sosial şəbəkələrdə saxta profillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı Nikol Paşinyanın MTX direktoru Artur Vanetsyana verdiyi təlimata toxunarkən məsələnin ikitərəfli olduğunu bildirib.

Samsonyanın fikrincə, Paşinyan ilk növbədə bütün mümkün qırmızı xətləri keçir.

“Rəhbərlik etdiyi ilk gündən başlayaraq bu günədək yalnız qəzəbli bəyanatlar verən, bütün fəaliyyəti sadəcə feyk (saxta) olan bir insan hansı mənəvi ixtiyarla belə bir bəyanat verib?”, - deyə o etiraz edib.

Erməni politoloqun sözlərinə görə, məsələnin ikinci tərəfi problemin mənəvi tərəfidir: “Nikol Paşinyan qoy hökumətin məlum qeyri-dövlət kommersiya təşkilatının rəhbəri, “Maestro” Hovhanes Movisyanı çağırsın, bu işin necə aparıldığını o, izah edər. Əgər bu qədər feyk fabrikasına malik olan bir insanın, insanlarla çənə verməyə, sarsıdıcı zərbə vurmağa, öz ifadələri ilə cinayət işləri açmağa mənəvi ixtiyarı varsa, o halda səmimi desək, MTX direktoru Artur Vanetsyanın səbrinə qısqanclıq edirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz   Paşinyan   Diktator  


Bizi "telegram"da izləyin