Pakistan XİN rəhbərindən xəbərdarlıq: “Hindistan hərbi hücuma hazırlaşır”

2019/04/34B02-1554702180.jpg
Oxunub: 3700     10:32     08 Aprel 2019    
Pakistan Xarici İşlər naziri Mahmud Qureyşi Hindistanın bu ayın sonlarında Pakistana yeni hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünən Multan şəhərində açıqlama verən Qureyşi hücumun 16-20 aprel tarixlərində baş tuta biləcəyini söyləyib.

O, bununla bağlı etibarlı kəşfiyyat məlumatlarına sahib olduqlarını və BMT-nin məsələ ilə əlaqədar xəbərdar edildiyini bildirib. Nazir daha ətraflı detalları, yaxud Hindistanın hücuma hazırlaşması ilə bağlı konkret hansı informasiyanın əllərində olduğunu açıqlamayıb.

Hindistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Raveş Kumar isə “Twitter” üzərində yaydığı bəyanatında bu açıqlamanı “məsuliyyətsiz və cəfəng” adlandırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan   Müharibə  


Bizi "telegram"da izləyin