Ordu.az xəbər verir ki, bu barədə Belarus təhlükəsizlik problemləri üzrə mütəxəssis, "Belarus Security Blog" analitik mərkəzinin rəhbəri Andrey Porotnikov bildirib.
Müsahibimizin sözlərinə görə, Azərbaycan siyasi və hərbi sahələrdə Pakistan və Türkiyə ilə uzun müddətdir ki, əlaqələr qurur, Minsk isə öz növbəsində İslamabad və Ankara ilə əməkdaşlıq etməyə çalışır.

“Bu baxımdan Azərbaycanın hətta siyasi məsləhətləşmələr səviyyəsində də yardımı çox əhəmiyyətli ola bilər. Türkiyə və Pakistan öz spesifik xüsusiyyətlərinə malik olsa da, bizim Şərq üzrə xüsusi mütəxəssislərimiz yoxdur.
Bundan əlavə, Belarus ilə Çin arasında əməkdaşlıq təcrübəsi də Azərbaycan üçün faydalı ola bilər. "Polonez" qəbul edildikdən sonra ÇXR-in hərbi sənaye kompleks şirkətlərinin nümayəndələrinin Bakı səfərləri intensivləşib. Pekin bütün münasibətlərdə sadə tərəfdaş deyil. Bu baxımdan, Belarusun məsləhətləşmələri Azərbaycana bizim kimi yalnış addımlar atmamağa kömək edəcək.
Beləliklə, Belarus-Azərbaycan əməkdaşlığının nəticəsi yalnız ölkələrimizin liderləri üçün deyil, adi vətəndaşlar üçün də praktik və hissedilən əhəmiyyət kəsb edir", - deyə A. Porotnikov qeyd edib.
Ordu.az