Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, Ermənistanın “Kamxud” təlim mərkəzində rus hərbi bazasının və erməni ordusunun snayperlərinin toplanışı keçirilir. Bildirilir ki, rus hərbi bazası və erməni ordusunun snayperlərinin ikitərəfli yarışlarına hazırlıq çərçivəsində snayperlərin toplanışı başlayıb.
Hər iki ölkənin snayperlərinin hazırlıq təlimlərində ştat və ştatdan kənar 100-dən artıq snayper cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az