Təlimlərdə tətbiq edilən EL/M-2106 RLS-i nəyə qadirdir? - HƏRBİ EKSPERT

2019/04/56756-3109074382.jpg
Oxunub: 28835     11:44     08 Aprel 2019    
Xəbər verdiyimiz kimi, Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilib.

Məşğələlər zamanı zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra ediblər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.

Qeyd edək ki, təlimlər zamanı Azərbaycanın İsraildən tədarük etdiyi, ELTA şirkətinin istehsalı olan ELM-2106 RLS-ləri də tətbiq edilib.

Bu yazıda Sizə ELM-2106 RLS-lərinin taktiki-texniki xüsusiyyətləri barədə məlumat verəcəyik.


"ELTA Systems Ltd." radiolokasiya vasitələrinin, C4ISTAR sistemlərinin, REM və ona qarşı əks-təsir vasitələrinin istehsalında ixtisaslaşan İsrail müdafiə məhsulları istehsal edən şirkətlərdən biridir. Onun çox geniş çeşidə malik məhsulları bir çox ölkələrin quru, dəniz və ya hava vasitələrində hərbi məqsədlərlə istismar edilir.

EL/M-2106 - yeni 3D texnologiyalı, L-diapazonlu və AFAR-a (aktiv fazalı anten çərçivəsinə) sahib RLS-dir. O, aşağıdan uçan qırıcıları, helikopterləri, aşağı sürətli yüngül təyyarələri və PUA kimi kiçik əks olunma sahəsinə malik hədəflərin geniş spektrini aşkar edir, eyni zamanda hədəf məsafəsini, azimutu və yüksəliyin yerə görə buçaqlarının dəqiq ölçülməsini təmin edir.

ELTA-nın ELM-2106 AFAR-ı yeni taktiki aşkarlama radiolokasiya stansiyasıdır, 3D-taktiki RLS-i hava hücumundan müdafiə sistemlərinin dördüncü nəsilinə aiddir. Bu radarda taktiki hərbi radarların inkişafında ELTA-ın 35 illik təcrübəsi də öz əksini tapır. RLS aşağıdan uçan qırıcıları, helikopterləri, ultra-yüngül təyyarələri və PUA-ları aşkar etməklə bərabər, hədəflərin pərlərindən əks olunan siqnallarını təhlil edərək hədəfin tipini və növünü təyin edə bilir.

ELM-2106 AFAR daşınan ZRK-lar da daxil olmaqla, "yer-hava" silah sistemləri üçün xəbərdarlıq və hədəf göstərən lokal hava hücumundan müdafiə sistemi kimi də istifadə edilə bilər.


Sistem, həmçinin hava hərəkətinin idarə edilməsi mərkəzlərini (ATC) C3I rejimində dəstəkləyən təkrarlayıcılar kimi də istifadə edilir. ELM-2106 AFAR-ın sınaqları döyüşlərdə və yüksək səviyyədə səs-küy, radioelektron müdaxiləsi mövcud olan mühitlərdə keçirilib.

Xüsusiyyətləri və texniki funksiyaları:

- RLS hava hədəflərini avtomatik rejimdə aşkarlayır;
- Darama rejimində 100-ə qədər hədəf paralel müşayiət olunur;
- Hədəflər fərqləndirilir və təsnifatlandırılır;
- "Yer-hava" tipli silah sistemləri ilə qarşılıqlı əlaqəyə girə bilir;
- "Dost və ya düşmən" (IFF) identifikasiyası sisteminə inteqrasiya edə bilir;
- Hava şəraitinin tam bir görünüşünü təmin etmək üçün bir neçə radar ilə birləşmə imkanına malikdir;
- Aşağı enerji istehlak edir (2500 vat);
- Geniş inteqrasiya olunan sınaq sistemi (BIT);
- Nasazlıq arası uzun istismar müddəti (2500 saat);
- Aşağı orta təmir müddəti (20 dəqiqə).

Texnologiyalar:

- Qəbuledici/ötürücü modul sərt korpusa malikdir;
- Hədəf yerinə görə AFAR tərəfindən çoxşüalı axın formalaşdırılır;
- Radioelektron əks-təsir vasitələrindən geniş istifadə etmək imkanı mövcuddur.


Rəqəmsal texnologiyalar:

- Formalaşan şüa;
- İmpulsların sıxılması;
- Qəbuledicilər rəqəmsaldır.


Qəbuledici/ötürücü və IFF identifikasiya sisteminin blokları ELM-2106 AFAR stansiyasının arxa hissəsində yerləşdirilir.

Tətbiq zonaları:

- Axtarış RLS-i "yer-hava" tipli silah sistemlərini dəstəkləyən qurğularda;
- Orta mənzilli hava müşahidə sistemlərində (180 km-ə qədər);
- Əsas RLS sistemi üçün təkrarlayıcılarda;
- HHM qoşunlarının lokal C3I sistemlərində;
- Mühüm obyektlərin qorunmasında tətbiq edilir.



Quraşdırma variantları:

- Yerdə və ya maçtada stasionar yerləşdirilə bilər;
- Yük maşınına yüklənərək quraşdırıla bilər.

Texniki xüsusiyyətləri

Aşkarlama məsafəsi:
- İnstrumental maksimum məsafə 180 km;
- Qırıcılar üçün 70-110 km;
- Helikopterlər üçün 40 km;
- PUA və yüngül təyyarələr üçün 40-60 km-dir.


Məsafə dəqiqliyi 30 metr;
- Azimut üzrə dəqiqlik 0.5°;
- Yüksəkliyiə görə dəqiqlik 1°
- Hədəf yerinə görə əhatə bucağı 60°;
- Hədəfin aşkarlanması 36 km/s-dan yüksək radial sürətdə;
- Ötürmə gücü maksimum 1600 Vt-dır, L-diazonludur, sərt korpuslu ötürücüyə malikdir;
- İnterfeys protokolu Asterix;
- IFF identifikasiya rejimləri 1, 2, 3/A, C;
- Ətraf mühitin şərtləri MIL-STD-810F
- Elektromaqnit uyğunluğu (EMC/EMI) MIL-STD-461C;
- Əməliyyat temperaturu 30-dan 50°C-ə qədərdir.


Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EL/M-2106   RLS   Təlim