Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistan Milli Təhlkəsizlik Xidməti tərəfindən yayılıb.
Məlumata görə, Marmaşen yaşayış məntəqəsinin rəhbəri, vəzifə səlahiyyətndən sui-istifadə edərək, vilayət icra nümayəndəliyinin əməkdaşları ilə öncədən razılaşma yolu ilə rəsmi sənədlərdə saxtakarlıqlar etmək yolu ilə 2018-ci ilin iyun və iyul aylarında kəndin keçmiş döyüşçülərinə mükafat qismində kənd büdcəsindən 30-50 min dram arası vəsait ayırmaqla həmin pulları mənimsəyib.
Ermənistan polisinin məlumatına görə, bu vəsait ünvana çatmadan mənimsənilib.
İstintaq araşdırma tədbirləri davam edir.
Alpər Mövludoğlu
Ordu.az