Ordu.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar rayon şöbəsinin kollektivi şəhid ailələrinin qonağı olub, onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıblar.
Şəhid ailələrinə ərzaq yardımı edilib. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Qarabağ uğrunda gedən döyüşlərdə 54 nəfər Qusar sakini şəhid olub.
Ordu.az