Paşinyan Kentlə Qarabağı müzakirə edib

2018/10/TM_10-1539601601.jpg
Oxunub: 2713     15:05     15 Oktyabr 2018    
Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibinin köməkçisinin müavini Con Kent Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıblar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Paşinyan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti qəbul edib.

Məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, mövcud beynəlxalq vəziyyət, regional problemlər və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Kent  


Bizi "telegram"da izləyin