Ordu.az xəbər verir ki, bu günlərdə işğalçı ordunun 18-ci motoatıcı diviziyasında baş vermiş insident orduda böyük rezonans doğurub. Aralarında yaranan münaqişə nəticəsində avtomobil xidmətinin rəisi diviziyanın qərargah rəisini döyüb.
Xəbərdə bildirilir ki, hərbi hissənin nizami hissəsində iki yüksək vəzifəli zabit arasında baş verən mübahisə sonradan əsil davaya çevrilib. Avtomobil xidməti rəisi tərəfindən vəhşicəsinə döyülən qərargah rəisi ağız-burnu qan içində hərbi hissənin tibb məntəqəsinə aparılıb. Hadisədən dərhal sonra diviziya komandiri xidmət yerinə gələrək hərbi hissəyə “həyacan” siqnalı elan edib.
Xidməti araşdırmadan sonra tədbir görülməsi məqsədilə sənədlər hərbi polisə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az