Ordu.az xəbər verir ki, məlumatı verən şəxsin bildirdiyinə görə bu yaxınlarda 6-cı alayda xidmət edən xeyli sayda hərbi qulluqçu zəhərlənmədən xəstəxanaya yerləşdirilib.
Zəhərlənmədən ölən olmasa da istifadə müddəti keçmiş qida məhsullarını əsgərlərə verən hərbi hissədə yoxlamalar başlayıb.
Xəbərdə o da iddia edilir ki, bir neçə başqa bölmədə də istifadə müddəti keçmiş qida məhsulları aşkar edilib.
Fakt ictimaiyyətdən gizlədilsə də, hərbi polis tərəfindən araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az