Ordu.az xəbər verir ki, məlumatda həmin istiqamətdə Qarabağda ehtiyatda olan hərbi qulluqçuların da qulluğa cəlb edildiyi bildirilir.
Qeyd olunan istiqamətdə yerləşən, şərti adı “Yeğnikner” olan 38862 nömrəli hərbi hissə 10-cu dağ atıcı diviziyanın 7-ci müdafiə rayonu olaraq Tonaşen yaşayış məntəqəsində dislokasiya olunur və Gülüstan yaşayış məntəqəsi-Murovdağ istiqamətində mövqelənir.
10-cu dağ atıcı diviziya Ağdərə yaşayış məntəqəsində dislokasiya olunur. Diviziyanın komandiri polkovnik Karen Şakaryan, 7-ci müdafiə rayonun komandiri isə polkovnik Karen Calavyandır.

Alpər Mövludoğlu
Ordu.az