"ABŞ Qarabağ münaqişəsi zonasında istənilən zorakılıq hadisəsini pisləyir" - Litsenberqer

2018/10/95033-1539159324.jpg
Oxunub: 285     12:14     10 Oktyabr 2018    
"ABŞ Qarabağ münaqişəsi zonasında sülh prosesinə mane olan və 1994-cü ildə əldə edilmiş atəşkəs rejimini pozan istənilən zorakılıq hadisəsini pisləyir".

Ordu.az xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı senator Robert Menendesin sualına cavab olaraq, ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizəd olan Erli Litsenberqer deyib.

"DQ münaqişəsinin sülh yolu ilə nizamlanmasında ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, biz 3 prinsip ətrafında işləyirik. Bunlardan birincisi güc və təhdidin tətbiq olunmaması, ikincisi ərazi bütövlüyünə qarşı hörmət, üçüncüsü isə xalqların öz müqəddəratını təyinetmə hüququdur. Bu 3 prinsipdən hər biri əhəmiyyətlidir. Həmsədr olan bütün ölkələr, o cümlədən ABŞ Qarabağ münaqişəsi zonasında sülh prosesinə mane olan və 1994-cü ildə əldə edilmiş atəşkəs rejimini pozan istənilən zorakılıq hadisəsini pisləyir", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Litsenberqer   ABŞ   Qarabağ  

"ABŞ Qarabağ münaqişəsi zonasında istənilən zorakılıq hadisəsini pisləyir" - Litsenberqer

2018/10/95033-1539159324.jpg
Oxunub: 286     12:14     10 Oktyabr 2018    