Ermənistan ordusunun müddətli xidmət hərbi qulluqçusu, əsgər Qevork Haroyanın ölüm faktı üzrə 1-ci qarnizon istintaq şöbəsi tərəfindən aparılan cinayət işinin araşdırılması nəticəsində kiçik çavuş rütbəli hərbi qulluqçu tərəfindən ölən Haroyana qarşı zor tətbiq edildiyi müəyyən edilib.
Ordu.az Ermənistan istintaq komitəsinə istinadən xəbər verir ki, əldə edilmiş dəlil və sübutlar əsasında müddətli xidmət hərbi qulluqçusu kiçik çavuşa qarşı cinayət məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülərək həbs edilib.
Bundan başqa vəzifə səlahiyyətindən yetərincə istifadə etmədiyinə görə, həmçinin hərbi xidməti vəzifə borclarını yerinə yetirməsi ilə əlaqədar müddətli xidmət hərbi qulluqçusu, əsgər Qevork Haroyanı təhqir etməsi şübhəsi ilə açılan cinayət işi çərçivəsində cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən bölük komandiri, kapitan rütbəli hərbi qulluqçu da həbs edilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Qarabağ
Ölüm
Həbs