Qarabağda ölən erməni əsgəri Şirakda dəfn olunub - FOTOLAR

2018/10/37323-1538659868.jpg
Oxunub: 3906     17:38     04 Oktyabr 2018    
İşğal altında olan Qarabağda intihar etdiyi bildirilən erməni əsgəri Şirakda dəfn edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 1-də Qarabağın Xocavənd rayonu ərazisində dislokasiya olunan erməni ordusunun 18-ci motoatıcı diviziyanın 2-ci müdafiə rayonu adlandırılan 36534 nömrəli hərbi hissədə bölüyün silah otağında silahla özünü öldürərək intihar edən hərbi qulluqçu Qevork Haroyan Ermənistanın Şirak vilayətində dəfn edilib.

Xatırladaq ki, Qevork Haroyan Gümrü şəhərinin Ani qəsəbəsinin sakini olub. Onun atası Suren Haroyan Gümrü tibb mərkəzinin hemodializ bölməsində həkim işləyir. Məlumata görə, ölən erməni əsgəri yay çağırışında hərbi xidmətə gedib və özündən böyük bir qardaşı var.




Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgəri   Ölüm  


Bizi "telegram"da izləyin