Erməni əsgər anası: "Oğlumu döydükdən sonra öldürüblər"

2018/10/43053-1538659465.jpg
Oxunub: 1874     16:28     04 Oktyabr 2018    
Ölən erməni əsgəri, Qevork Haroyanın valideynləri intihar versiyasını inkar edir və əlavə istintaq araşdırmaları aparılmasını tələb edirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni əsgər atasının sözlərinə görə hərbi hissədən baş verənlərə dair heç bir izahat verilməyib.

Onun sözlərinə görə, hərbi hissədən onlara yalnız həbs edilənin olduğunu, lakin həbs edilənin kimliyi və niyə həbs edildiyi barədə heç nə bildirməyiblər.

Ölən hərbi qulluqçu Qevork Haroyanın anası Armine Haroyan qeyd edir ki, oğlunu vəhşicəsinə döyərək öldürüblər.

"Onun meyitində, göz, qulaq və baş nahiyyəsində göyərmələr var. Onu döydükdən sonra öldürüblər. Böyük qardaşı hadisədən 20 dəqiqə əvvəl qardaşı ilə səhər tezdən yanına gələcəkləri barədə danışıb", - deyə o müəyyən detalları açıb.

Xatırladaq ki, Qevork Haroyan işğal altında olan Xocavənddə dislokasiya olunan 18-ci motoatıcı diviziyanın 2-ci müdafiə rayonu adlandırılan 36534 nömrəli hərbi hissədə xidmət edirdi. Ölən əsgər valideynlərdən tələb edib ki, onu 16-cı bölükdən əvvəlki 13-cü bölüyünə geri qaytarsınlar. O, 16-cı bölükdə onları alçaltdıqlarını və davranışın çox pis olduğunu dəfələrlə deyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni əsgər anası: "Oğlumu döydükdən sonra öldürüblər"

2018/10/43053-1538659465.jpg
Oxunub: 1875     16:28     04 Oktyabr 2018    