Ermənistan TŞ katibi Qarabağda: Atası tut ağacından özünü asıb

2018/10/armen-1538559088.jpg
Oxunub: 3310     13:30     03 Oktyabr 2018    
Ermənistanın Təhlükəsizlik Şurasının katibi təcili olaraq işğal altında olan Qarabağa gəlib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın atasının meyiti tut ağacından asılmış vəziyyətdə aşkar edilib.

Məlum olub ki, bu gün Qriqoryan işə gəlməyib. Məlumata görə, onun valideynləri Qarabağda yaşayır.

Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Arek Koçinyan mətbuata verdiyi müsahibədə Armen Qriqoryanın atasının ölməsi və onun atasının dəfnində iştirak etmək məqsədilə Qarabağa gəlməsi barədə məlumatları təsdiqləyib.

Mətbuat katibi intihar barədə məlumatları şərh etməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan   İntihar  


Bizi "telegram"da izləyin