Ordu.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Qarabağ münaqişəsi zonasında gözləntiləri şərh edərkən deyib.
Rusiyalı ekspert qeyd edib ki, son əldə edilən razılaşma ilə bağlı narahatedici xüsusiyyətlər var.
"Təbii ki, MDB dövlət başçılarının sammitində baş tutan görüş Rusiya tərəfinin məlumatsız olması şəraitində baş verməyib. Hesab edirəm ki, Rusiya dolayı yolla bu görüşə və razılaşmaya razılıq verib. Eyni zamanda bu görüşün baş tutmasını dəstəkləmiş də ola bilər. Niyə də yox. Bu erməni-rus münasibətlərinin gərginləşdiyi, bəzi problemlərin mövcud olduğu bir məqamda Rusiya tərəfindən öz nüfuzunu, qiymətini artırmaq kimi addım da ola bilərdi", - deyə Felqenqauer bildirib.
Alpər Mövludoğlu
Ordu.az