Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 1-də işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan Ermənistan ordusunun qanunsuz bölmələrində davam edən hərbi inspeksiya yoxlamaları çərçivəsində “Mexakavan” (Cəbrayıl rayonu ərazisində) təlim poliqonunda taborun döyüş atışlı taktiki təlimi keçirilib.
Təlimin gedişatını Ermənistanın hərbi inspeksiya rəisi general-polkovnik Movses Hakobyan və general-leytenant Levon Mnatsakanyan izləyiblər.
Alpər Mövludoğlu
Ordu.az