Ordu.az-ın sosial şəbəkələrdən əldə etdiyi məlumata görə, ölən erməni hərbi qulluqçu Qarabağın işğalından sonra Qubadlı rayonunun Qaraimanlı ərazisində məskunlaşan ilk ailələrdən birinin son beşik 5-ci övladı olub. Kənd xəstəxanasında ilk anadan olanlardan biri olduğuna görə, adını keçmiş döyüşçü, həkim Artsax Buniyatyanın şərəfinə Artsax qoyublar.

Dəfndə iştirak edən hərbi hissə komandanlığından məlum olur ki, atəşkəsi pozmağa cəhd edərkən məhv edilən erməni hərbi qulluqçu, 3-cü atıcı manqanın komandiri, kiçik çavuş Artsax Mheroviç Hovsepyan Ermənistan ordusunun Qarabağın Xocalı yaşayış məntəqəsində qanunsuz dislokasiya olunan və Ağdam cəbhəsində döyüş növbətçiliyi aparan 34153 nömrəli hərbi hissəsində (Əsgəran alayı) xidmət edib.

Dəfndə, hərbi hissə komandiri polkovnik Hrayr Tevosyan, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant L. Bağdasaryan iştirak ediblər.
Məlumata görə, o, Həkəri çayının sahilində yerləşən kənd qəbirstanlığında dəfn edilib.

Alpər Mövludoğlu
Ordu.az