Müdafiə Nazirliyi düşmənin təxribat xarakterli təlimləri ilə bağlı bəyanat yaydı

2018/09/48484-1537859070.jpg
Oxunub: 1170     10:25     25 Sentyabr 2018    
Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Ordu.az xəbər verir ki, bu ifadələr Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib.

"Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək,- deyə bəyanatda bildirilib.

Ordu.az

Teqlər: Azərbaycan   Müdafiə-Nazirliyi   Qarabağ  

Müdafiə Nazirliyi düşmənin təxribat xarakterli təlimləri ilə bağlı bəyanat yaydı

2018/09/48484-1537859070.jpg
Oxunub: 1171     10:25     25 Sentyabr 2018    