Ordu.az Ermənistan istintaq komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 22-də saat 16:00 radələrində, işğal altında olan Qarabağın şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Artsax Mheroviç Hovsepyan rəqib tərəfindən odlu silahdan açılan atəş nəticəsində sağ yanaq sahəsində yaralanıb və hərbi hospitala təxliyyə edilərkən yolda ölüb.
Hadisənin detallarını müəyyənləşdirmək üçün birinci qarnizon istintaq şöbəsi tərəfindən istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az