Qarabağda erməni əsgər yaralanıb

2018/09/vzriv-0005345_1522310459_1522330271_1522838787_1523090259_1523615295_1523995180_1524059278_1537636650.jpg
Oxunub: 4245     21:18     22 Sentyabr 2018    
Sentyabrın 20-də işğal altında olan Madaqiz (Tərtər rayonu) kəndində hərbi növbətçiliyini yerinə yetirərkən Vanadzor sakini, 20 yaşlı hərbi qulluqçu Artur Gevokyan yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun mina partlayışından yaralandığı qeyd olunub.

Bildirilib ki, Artur Gevokyanı İrəvana köçürüblər. Onun buradakı "Mratsan" hospitalında bir ayağı amputasiya edilib və həkimlər ikinci ayağın kəsilməməsi üçün çalışırlar.

Məlumata görə, hərbçinin gözündə problem var və onun üçün məhdud xidmət nəzərdə tutulmuşdu.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-əsgər   Tərtər  

Qarabağda erməni əsgər yaralanıb

2018/09/vzriv-0005345_1522310459_1522330271_1522838787_1523090259_1523615295_1523995180_1524059278_1537636650.jpg
Oxunub: 4246     21:18     22 Sentyabr 2018    