Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yıldırım Milli Məclisin iclasında çıxışı zamanı iki ölkə arasındakı tarixi bağlara toxunub.
Çıxışının ilk hissəsinin Azərbaycan dilində edən Türkiyə Parlamentinin spikeri bildirib ki, hər iki ölkənin azadlığı, gələcəyi və əmin-amanlığı bir-birinə bağlıdır.
“Azərbaycan və Türkiyə qərarlı və qurucu əməkdaşlıqda dünyaya müsbət örnək olmaqdadır. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bölgənin illərdir qanqrenası halına gələn ən önəmli məsələ Dağlıq Qarabağ problemi həll edilməlidir. Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməlidir. Bu torpaqlar Azərbaycanındır. Dünən də belə idi, əbədiyyən də belə qalacaq”, - deyə Binəli Yıldırım vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az