Rusiyalı ekspert: "Paşinyanın Qarabağla bağlı səsləndirdiyi bəyanatlar ziddiyyətlidir"

2018/09/Taras-3074517524.jpg
Oxunub: 570     12:09     18 Sentyabr 2018    
"Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət partlayış astanasındadır və əgər əlverişli şərait yaranarsa, təbii ki, rəqiblər bundan istifadə edəcəklər. Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müxtəlif və ziddiyyətli bəyanatlar verib".

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Dağlıq Qarabağ münaqişəsi zonası ətrafında baş verən hadisələrə toxunarkən bildirib.

Onun sözlərinə görə, vəzifəsinin icrasına başlayarkən Paşinyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişə tərəfidir, o danışıqlar prosesinə cəlb olunmalıdır və Ermənistan münaqişədə tərəf deyil.

"Lakin əvvəlki formatda Mnatsakanyan-Məmmədyarov görüşü baş tutmaqla, növbəti proses eyni məntiqlə davam etdi", - deyə o, Paşinyanın atdığı addımların ziddiyyətli olduğunu bildirib.

KTMT-də baş verən problemlərə toxunan Tarasov, təşkilatın nüfuzuna böyük zərbə vurulduğunu qeyd edib: "KTMT baş katibi Yuri Xaçaturovun təqibi ilə bağlı bəzi problemlər var. Ermənistan müraciət etdiyi halda KTMT tərəfindən sərhəddə baş verən hadisələrə vahid şəkildə cavab verilə biləcəyini söyləmək çətindir".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Rusiyalı ekspert: "Paşinyanın Qarabağla bağlı səsləndirdiyi bəyanatlar ziddiyyətlidir"

2018/09/Taras-3074517524.jpg
Oxunub: 571     12:09     18 Sentyabr 2018    