"Doq" detalları açdı: "Qarabağdan İrəvana xüsusi təyinatlı dəstələr gətirilmişdi" (VİDEO)

2018/09/6546456456456456456456456_1537009443.jpg
Oxunub: 1015     19:22     15 Sentyabr 2018    
Ermənistan müdafiə nazirliyinin hərbi polisinin sabiq əməkdaşı 1 mart hadisələri ilə bağlı qalmaqallı açıqlamalar verib.

Ordu.az xəbər verir ki, sosial şəbəkədə yayılan videomaterialda Ermənistan müdafiə nazirliyinin hərbi polisinin sabiq əməkdaşı, hazırda Avropada olan "Doq" ləqəbli Vardan Qukasyan qalmaqallı açıqlamalar verərək bildirib ki, 1 mart hadisələri zamanı Qarabağdan Ermənistana qoşun gətirilib.

Onun sözlərinə görə fəaliyyətdə olan baş qərargah rəisinin verdiyi acıqlama onu təccübləndirib. Qukasyan deyir ki, 2008-ci ildə hərbi polisin əməliyyat şöbəsinin zabiti olaraq 1 mart hadisələrində meydanda olub.

"Mərkəzi meydanı Vazgen Sarkisyan adına ali hərbi məktəbin kursantları ve hərbi polis qoruyurdu. Hökumət binası Qarabağdan gətirilənlərlə dolu idi. Binada Qarabağdan gətirilən xüsusi təyinatlılar 20 gündən çox qaldı. Bununla yanşı, 4-cü korpusun Araratdakı alayının şəxsi heyəti, Naxçıvan istiqamətindəki ön xətt mövqelərdən çıxarılaraq İrəvana getirilmişdi".

Onun sözlərinə görə, həmin dövrdə hərbi polis rəisi olan Vladimir Qasparyan hökumət binasından çıxaraq hamıya deyib: "Prezident əmr imzaladı və onun adından əmr edirəm ki, xalq Mariot mehmanxanası tərəfindən göründüyü halda atəş açın. Lakin yalnız ayaqları istiqamətinə atəş açın".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   İrəvan  

"Doq" detalları açdı: "Qarabağdan İrəvana xüsusi təyinatlı dəstələr gətirilmişdi" (VİDEO)

2018/09/6546456456456456456456456_1537009443.jpg
Oxunub: 1016     19:22     15 Sentyabr 2018    