Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, Ermənistan ordusunun bölmələri bu gün günorta saatlarından başlayaraq işğal altında olan Ağdam rayon Baş Qərvənd, Bayramlar və Şıxlar kəndləri ərazisində yanğınlar törədib.
Baş verən yanğının miqyası qısa müddət ərzində böyüyərək geniş ərazilərə yayılıb. Yanğının cəbhəboyu kəndlərə keçməsi ehtimalı olduğu üçün Ağdam rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə baxış keçiriblər.
Yanğın ehtimalı olan ərazilərə canlı qüvvə cəlb edilib. Hazırda sözügedən ərazilərdə yanğınlar davam edir
Elgün Gəncimsoy
Ordu.az