Rusiyada PUA qrupunu idarə edən helikopter yaradılacaq

2018/05/456_1527167067.jpg
Oxunub: 2243     21:03     24 May 2018    
“Rusiyanın “Radioelektronnıye texnologii” konserni 2025-ci ilədək PUA qrupunu idarə edən helikopter yaratmağa ümidvardır”.

Ordu.az Rusiyanın “Vzqlyad” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Radioelektronnıye texnologii” konserninin baş direktorunun elmi-tədqiqat və təcrübi-konstruktor işləri üzrə müavini Qivi Cancqava bəyan edib.

“2025-ci ilədək biz yalnız bu texnologiyaları sınaqdan keçirməli deyilik, inqilaba nail olmalıyıq”, - deyə Cancqava bildirib.

O qeyd edib ki, PUA qrupunun idarə edən helikopterlərin yaradılması pilotsuz uçuş aparatları sahəsində tam yeni hüdudlar açacaq və onların istifadə imkanları, həmçinin muxtariyyətləri əhəmiyyətli dərəcədə genişlənəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin