“İran ballistik raket sınaqları keçirməyə davam edir” - Danon

2018/05/45646_1527165341.jpg
Oxunub: 3211     20:34     24 May 2018    
“İran 2018-ci ilin yanvarında daha iki dəfə ballistik raket sınağı həyata keçirib”.

Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsrailin BMT-dəki nümayəndəsi Denni Danon bildirib.

O, Təhlükəsizlik Şurasına müraciət edərək bu sınaqların BMT TŞ-nin 2231 saylı qətnaməsinin pozulması olduğunu irəli sürüb.

“2018-ci il yanvarın 2-də İran ölkənin cənubunda “Şahab-3”, yanvarın 5-də isə Kermanın şimalında “Skad” raketini sınayıb. Bu raketlərin hər ikisi Raket Texnologiya Nəzarəti Qərarına görə, 300 kilometrdən çox mənzilə sahib və 500 kiloqram yük daşıya bilən ballistik raket kimi qəbul edilir”, - deyə nümayəndə söyləyib.

Dannon xüsusilə vurğulayıb ki, nəticə etibarilə bu sınaqlar BMT TŞ-nin 2231 saylı qətnaməsinin pozulması deməkdir .

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ballistik-raket   İsrail  


Bizi "telegram"da izləyin