Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
İranın raket proqramı üzərində danışıqlar təklifini qiymətləndirən Şamxani bu məsələnin müzakirə mövzusu olmadığını bir daha vurğulayaraq, İranın raket gücünü möhkəmləndirəcəyini elan edib.
Şamxani raket proqramı ilə yanaşı İranın regiondakı müqavimət qruplarına dəstəyini davam etdirəcəyini də qeyd edib.
“Biz HƏMAS, İslamçı Cihad Hərəkatı, Hizbullah və regiondakı digər müqavimət hərəkatlarını dəstəkləməyə davam edəcəyik”, - deyə o deyib.
Ağalar Ağalarlı
Ordu.az