Fəryab hücumunda Əfqanıstan ordusunun itkiləri təsdiqlənib

2018/05/34534_1527162952.jpg
Oxunub: 1616     19:54     24 May 2018    
Əfqanıstan ordusunun şimalda fəaliyyət göstərən 209-cu Şahin korpusu “Taliban”ın Fəryab vilayətində həyata keçirdiyi hücumda ordunun verdiyi itkiləri təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, korpusun yaydığı bəyanatda qiyamçıların dünən gecə vilayətdə eyni zamanda iki yoxlanış postuna hücum həyata keçirdiyi bildirilib.

Əfqanıstan qüvvələri hücuma cavab versə də, meydana gələn qarşıdurmada azı 3 əsgər həlak olub, 5 əsgər isə yaralanıb. Bundan başqa ordunun 3 ədəd M16 tüfəngi və bir yoxlanış postu qiaymçıların əlinə keçib.

Qarşıdurma nəticəsində qiyamçıların itkisi daha böyük olub. “Taliban”dan 5 nəfər məhv edilib və 7 nəfər yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fəryab   Əfqanıstan  


Bizi "telegram"da izləyin