Rusiya QHD yeni radar stansiyası ilə təchiz ediləcək

2018/05/23423_1527161764.jpg
Oxunub: 1620     19:31     24 May 2018    
2018-ci il çərçivəsində Rusiya Qərb Hərb Dairəsi təkmilləşdirilmiş “Bussol-S” rəqəmsal radar stansiyaları ilə təchiz ediləcək.

Ordu.az Armstrade.org saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, yeni radar avadanlıqlar yüksək texniki xüsusiyyətlər, üstün analoqlar, daha güclü aşkarlama məsafəsi, həmçinin hədəflərin müşahidəsinin avtomatik rejiminə malikdir.

Bir ədəd “Bussol-S” radar stansiyası eyni anda 50-yə qədər hədəfi izləyə, hərəkət koordinatlarını verməyə qadirdir. Stansiya istənilən hava şəraitində və günün istənilən saatında fəaliyyət göstərə bilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bussol-S   QHD  


Bizi "telegram"da izləyin