İndi daha kobud zaman olsa da, risk səviyyəsi uyğun gəlir və ABŞ-ın seçdiyi lord tonu isə demək olar ki, normaya çevrilir. Demək olar ki, rəngli inqilablar, istənməyən liderlərin birbaşa aradan qaldırılması və sonra sadəcə "faciəli səhv" adlandırılması artıq normaya çevrilir. Məsələn, Qəddafi ilə baş verən hadisə və ya Səddam Hüseyn.
Bütün iştirakçıların xoş niyyətlə bağladıqları nüvə razılaşmasını indi ABŞ administrasiyası diplomatik təzyiq vasitəsinə çevrməyə çalışır. Artıq Ağ Evin mövcud başçısının ağzında səslənən birbaşa təhdidlər nöqtəsinə çatan ultimatumlar əslində çox adamı təəccübləndirmir. Mayk Pompeonun prezidentin dediklərini təkrarlaması, onun ABŞ xarici siyasət aparatının rəhbəri vəzifəsinə təyin edilməsininin səbəblərindən biri kimi nəzərə çarpır.
Donald Tramp Şimali Koreya barədə danışanda əvvəlki dövlət katibi Reks Tillerson onu tam dəstəkləsə də, ayrı ton seçərək daha sərt ifadələrə yol vermirdi. Əslində Mayk Pompeonun çıxışında da heç bir real təhlükə yoxdur. Pompeonun sözdə nüvə sazişi adlandırılan "Hərtərəfli Birgə Fəaliyyət Planı"na aid İrana qarşı Vaşinqtonun irəli sürdüyü tələblər prinsipcə ya mümkün deyil, ya da mövzu ilə heç bir əlaqəsi yoxdur.
On iki maddənin üçü həqiqətən də birbaşa Suriyadakı vəziyyətə istinad edirdi, yəni İranın nüvə proqramına aidiyyəti yox idi. Burda söhbət Livandakı "Hizbullahı"a və Yəməndəki "husi"lərə dəstək verməkdən imtina etməkdən və eyni zamanda İranın komandanlığı altında olan bütün qüvvələrin Suriyadan çıxarılmasından gedirdi.
Lakin İran qoşunları sözdə demək olar ki, bütün müsəlman ölkələrindən olan milislərlə birgə Suriya demokratik müxalifət tərəfdarları ilə bərabər terrorçularla da mübarizə aparırdı. Əks tərəfin isə tez-tez hərbi-siyasi düşərgə istiqamətini dəyişməsi vəziyyəti daha da ağırlaşdırırdı.
ABŞ tərəfdən tam anlaşılan, lakin İranın hüquqi reallıqları ilə çətin ki, mümkün olan daha bir tələb, saxta ittihamlar ilə saxlanılan və ya itkin hesab olunan amerikalıların azad edilməsindən ibarətdir. Dövlət katibinin səsləndirdiyi bir neçə qlobal strateji tələblər müstəqil bir dövlətin suverenliyinə qarşı təcavüz kimi qəbul edilir. Bu tələblər yalnız İslam Respublikasının xarici siyasətinin dəyişdirilməsi ilə bağlı deyil, eyni zamanda İranın uran zənginləşdirilməsini dayandırması və heç vaxt plutoniumla məşğul olmayacağından ibarətdir.
Əlavə olaraq, İran ballistik raketlərin yayılmasını dayandırılmalı və nüvə silahı daşıya bilən raketləri inkişaf etdirilməməlidir. Nəhayət, 12 tələbdən yalnız biri həqiqətən birbaşa "Hərtərəfli Birgə Fəaliyyət Planı" ilə əlaqələndirilə bilər. Baxmayaraq ki, bu sazişdə oxşar bir tələb haqqında heç bir maddə yoxdur: amerikalılar İranın bütün nüvə obyektlərinə birbaşa daxil olmağı tələb edirlər. Görünür ki, "Hərtərəfli Birgə Fəaliyyət Planı" imzalandıqdan sonra belə İranın tonlarla uran saxlanılan gizli nüvə zavodunun aşkar edilməməsi ABŞ siyasətçilərinin xroniki məyusluq sancısına çevrilib.
Və yəqin buna görə, Pompeonun 12 bəndlik tələbi Avstriya ultimatumu və ya müharibə elan edilməsi kimi dəyərləndirilir. İndi İranın nə ilə cavab verəcəyi vacibdir. İran parlamentində ABŞ bayrağının yandırılması vəziyyəti dəyişməz. Hələlik Tehran, İran İslam Respublikası hökumətinin ultimatumlar dilində danışmayacağını və ABŞ-ı məhkəmə ilə hədələdi. Digər İran şərhlərini Pompeonun maddələriylə müqayisə etmək olmaz, çünki onlar daha çox duyğu və ekzotik şərq ritorikasına malikdirlər.
Ən azından belə bir fikiri dəyərləndirək: "Vaşinqtonun yeni təhdidlərinin və İrana təzyiqlərinin əsl səbəbi ABŞ-ın ümidsizliyi və acizliyidir". Burada İran dolayısı ilə ABŞ təzyiqlərindən əziyyət çəkdiyini də etiraf edir. Bir kəlmə də olsun ABŞ-ın sazişdən çıxmasına, Çin və Rusiya ilə yanaşı ABŞ-ın Avropadakı müttəfiqlərinin, həmçinin keçmiş ABŞ prezidenti Barak Obamanın və indiki Müdafiə Nazirinin qarşı çıxması barədə ifadə işlədilmir.
"İran ABŞ Dövlət katibinin həyasız bəyanatlarını daxili işlərinə açıq-aşkar müdaxilə və BMT-yə üzv dövlətə qarşı qeyri-qanuni təhlükə hesab edir, məhkəmə araşdırması hüququnu özündə saxlayır. ABŞ-ın yeni dövlət katibi və onun sivil İran xalqına qarşı yolverilməz yersiz münasibəti, cılız, ikinci dərəcəli və təhqiramiz fikirləri ABŞ hökumət rəsmilərinin İran xalqı qarşısında acizliyini göstərir ", - deyə İran hökuməti rəsmisi bildirib.
Bu gün İranda, İslam inqilabından bəri ölkənin xatırlamadığı Amerika əleyhinə münasibət mövcuddur. Eyni zamanda, ABŞ və Avropanın bir çox iş adamları da çaşqınlıq içindədir: ya bütün biznesi bağlamalıdırlar , ya da mövcud vəziyyətin artan riskləri ilə oynamağa cəhd etməlidirlər. İstənilən halda, böyük neft şirkətləri əvvəlcədən gözlənilməyən qara qızıl qiymətlərinin artımı hesabına İranın yeni böhran vəziyyətində maksimum gəlir əldə etməyə, sonra isə ola bilsin ki, İranı tərk etməyə çalışacaqlar.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az