Husilər Səudiyyə Ərəbistanına raket atıb

2018/05/5767_1527158035.jpg
Oxunub: 2579     18:33     24 May 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Cizən şəhəri üzərinə “Badr-1” raketi atıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat yayın Ərəb koalisiyasının mətbuat katibi polkovnik Turki əl-Maliki hadisənin bu gün səhər saatlarında baş verdiyini bildirib.

Polkovnikin sözlərinə görə, raket Yəmənin Səda vilayətində atılıb. İnsanların sıx məskunlaşdığı bölgəni hədəf alan raket krallığın havadan müdafiə qüvvələrinin səyi nəticəsində uğurla zərərsizləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin