Ordu.az “Defense One” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirinin müavini Elen Lord bəyan edib.
“Pentaqon artıq müttəfiq ölkələrinə silah təchiz etdiyi vasitəçilər ilə bu məsələ barədə danışıqlar aparır. Belə ölkələr arasında Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı və Rumıniya var”, - deyə Lord bildirib.
O qeyd edib ki, vasitəçi ölkələr silah və hərbi texnika təchizatını sürətləndirir və ABŞ məhz bu səbəbdən Ukrayna ilə silah ticarətini daha operativ həyata keçirmək üçün vasitəçi axtarır.
Ağalar Qəribov
Ordu.az