NYT: Peyklər səhrada İranın gizli hərbi obyektini aşkarlayıb

2018/05/65_1527152522.jpg
Oxunub: 1693     17:51     24 May 2018    
İranın səhralığında ballistik raketlər üçün mühhəriklərin istehsal edildiyi güman olunan gizli sınaq mərkəzi aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Məlumata görə, gizli sınaq mərkəzində işlər adətən gecə saatlarında aparılır. Bu mərkəzdə İranın orta mənzilli raketlər və kosmik proqramı üzərində çalışıdığı təxmin edilir. O cümlədən İran alimlərinin qitələrarası raketlərin yaradılması ilə məşğul olduqları qeyd olunur.

Raket mühhəriklərinin hazırlanması çətin və təhlükəlidir, bu işlə qapalı ərazilərdə məşğul olmaq olmaz, bunun üçün xüsusi səhra ərazisində poliqonlar və xüsusi avadanlıqlar, stendlər qurulmalıdır.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raket-texnologiyası  


Bizi "telegram"da izləyin